İspaniyanın “Barselona” futbol komandasının gənc ulduzu Lamin Yamal ciddi zədə ilə üzləşib. İstedadlı hücumçunun altı-yeddi həftəlik sıradan çıxdığı məlum olub.
İdman.Biz xəbər verir ki, tibbi müayinələrdən sonra futbolçunun bərpa prosesinin uzun çəkəcəyi bildirilib. Zədənin təkrarlanma riski yüksək olduğu üçün klub rəhbərliyi və İspaniya milli komandasının məşqçilər heyəti ehtiyatlı davranmağa qərar verib.
Hər iki tərəf oyunçunun tam sağalmadan meydana qayıtmasını istəmir. Bu səbəbdən Yamalın yaxın iki ay ərzində keçiriləcək vacib qarşılaşmaları buraxacağı gözlənilir.
