“Atletiko Madrid” Xulian Alvaresi satmaq istəmir - Sky Sports

1 May 2026 07:11
356
“Atletiko Madrid” Xulian Alvaresi satmaq istəmir - Sky Sports

“Atletiko Madrid” hücumçu Xulian Alvaresi satmaq istəmir, lakin 26 yaşlı hücumçunun potensial transfer haqqını 130 milyon funt sterlinq (150 milyon avro) olaraq qiymətləndirir.

İdman.Biz bu barədə "Sky Sports”a istinadən məlumat verir.

Daha əvvəl media orqanları “Arsenal”, “Barselona” və PSJ klublarının argentinalı futbolçuya marağını vurğulamışdılar.
Mənbənin məlumatına görə, əgər o, Madriddən ayrılsa, Alvares karyerasını “blauqrana”da davam etdirməyə üstünlük verərdi.

Hücumçu 2024-cü ilin yayından bəri “Atletiko Madrid”də çıxış edir. Bu mövsüm Alvares bütün yarışlarda 48 oyunda meydana çıxıb, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz