“The Daily Mail” nəşri 2025/26 Premyer Liqa mövsümünün ən pis 10 transferinin siyahısını dərc edib.
İdman.Biz bildirir ki, siyahıda “Çelsi”nin üç yeni transferi var: Alehandro Qarnaço, Ceymi Gittens və Liam Delap, “Nyukasl”ın hücumçusu Yohan Vissa isə birinci yerdədir.
“The Daily Mail”ə görə 2025/26 Premyer Liqa mövsümünün ən pis 10 transferi:
1. Yohan Vissa (“Brentford”dan “Nyukasl”a) — 55 milyon funt sterlinq
2. Ceyms Makate (“Mançester Siti”dən “Nottingem Forest”ə) — 30 milyon funt sterlinq
3. Harvi Elliott (“Liverpul”dan “Aston Villa”ya) — icarəyə
4. Aleksandr İsak (“Nyukasl”dan “Liverpul”a) - 125 milyon funt sterlinq
5. Alehandro Qarnaço (“Mançester Yunayted”dən “Çelsi”yə) - 40 milyon funt sterlinq
6. Con Arias (“Fluminense”dən “Vulverhempton”a) - 15 milyon funt sterlinq
7. Konor Qallaher (“Atletiko Madrid”dən “Tottenhem”ə) - 35 milyon funt sterlinq
8. Ceymi Gittens (“Borussiya Dortmund”dan “Çelsi”yə) - 48,5 milyon funt sterlinq
9. Xavi Simons (“RB Leypsiq”dən “Tottenhem”ə) - 52 milyon funt sterlinq
10. Liam Delap (“İpsviç Taun”dan “Çelsi”yə) - 30 milyon funt sterlinq
