İngiltərə mətbuatı maraqlı araşdırma aparıb.
İdman.biz xəbər verir ki, Premyer Liqada 20 tura əsasən VAR-sız sıralama tam fərqli nəticə ortaya qoyub.
Araşdırmaya görə, "Aston Villa" 46 xalla turnir cədvəlinə başçılıq edəcəkdi. Onlardan 1 xal az yığan "Liverpul" ikinci olacaqdı. 41 xalla "Arsenal" və "Tottenhem" isə növbəti 2 pillədə qərarlaşacaqdı.
Ötən mövsümü 3 kubokla başa vuran "Mançester Siti" bir matç az keçirməsinə baxmayaraq, 40 xalla 5-ci yerdə gedəcəkdi.

Hazırda isə Premyer Liqada 45 xalla "Liverpul" birincidir. "Aston Villa" 42 xalla ikinci yerdə gedir. 40 xalı olan "Mançester Siti" və "Arsenal" ardıcıl olaraq 4-cü və 5-ci sıralarda qərarlaşıblar.
Qeyd edək ki, Premyer Liqada VAR 2019/20 mövsümündən tətbiq edilir.
İdman.biz
