İtaliya kubokunda 1/4 final cütləri müəyyənləşib

Xəbərlər
5 Yanvar 2024 11:29
119
İtaliya kubokunda 1/4 final cütləri müəyyənləşib

İtaliya kubokunda 1/4 final mərhələsinin cütləri və oyunların cədvəli bəlli olub.

İdman.biz xəbər verir ki, yarımfinalçılar yanvarın 9-10-da keçiriləcək matçlardan sonra bəlli olacaq.

Yanvarın 9-da "Fiorentina" – "Bolonya" qarşılaşması baş tutacaq. Ertəsi gün "Latsio" – "Roma", "Yuventus" – "Frozinone" və "Milan" - "Atalanta" görüşləri keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi "İnter" 1/8 finalda "Bolonya"ya 1:2 hesabı ilə uduzduğu üçün 1/4 finalçılar siyahısından kənar qalıb.

İdman.biz

Məqalədə: