ABŞ-də çıxış edən “Kolambus Kryu” klubunun futbolçusu və Azərbaycan yığmasının üzvü Nəriman Axundzadə azərbaycanlı azarkeşlərin dəstəyini hiss edib.
İdman.Biz xəbər verir ki, MLS-in Şərq Konfransının səkkizinci turunda “Nyu-Enqland Revolyuşn”la keçirilən oyunda stadionda azərbaycanlı fanatlar yer alıblar.
ABŞ-də yaşayan həmyerlimiz Ceyhun Əlizadə sosial şəbəkədə paylaşdığı görüntülərdə azarkeşlərin tribunadan Nərimana səslənərək ona dəstək olduqlarını göstərib.
O, zarafatla futbolçuya “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” deyərək atmosferə rəng qatıb.
Qeyd edək ki, görüş “Kolambus Kryu”nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Nəriman Axundzadə oyuna 88-ci dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olub.
