Liam Rosenior: “Məni və oyunçuların güzgüyə baxmağa ehtiyacımız var”

22 Aprel 2026 08:05
263
Liam Rosenior: “Məni və oyunçuların güzgüyə baxmağa ehtiyacımız var”

“Çelsi”nin baş məşqçisi Liam Rosenior İngiltərə Premyerliqasındakı ardıcıl məğlubiyyətlərdən sonra komandanın çıxışını kəskin tənqid edib. Təcrübəli mütəxəssis “Brayton”a 0:3 hesablı məğlubiyyəti “qəbulolunmaz” adlandıraraq, futbolçularına ciddi ismarışlar yollayıb.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Rosenior artıq oyunçuları müdafiə edə bilməyəcəyini vurğulayıb.

“Hər bir mənada qəbulolunmaz oyun idi. Mən bura gəlib hər dəfə futbolçuları müdafiə edirəm, amma bu gecə baş verənləri müdafiə etmək mümkün deyil. Siz “Çelsi” üçün oynayırsınız, mən isə bu klubu idarə edirəm. Əgər bunun öhdəsindən gələ bilmirsinizsə, burada olmamalısınız”, - deyə baş məşqçi söyləyib.

Rosenior klubda köklü dəyişikliklərin vaxtının çatdığını və hər kəsin məsuliyyət daşıdığını bildirib. O, özü də daxil olmaqla hər kəsin səhvlərindən nəticə çıxarmalı olduğunu qeyd edib:

“Hazırda nə isə kəskin şəkildə dəyişməlidir. Güzgüyə baxmağa ehtiyacımız var. Mən də öz növbəmdə güzgüyə baxmalıyam”.

Rosenior sonda azarkeşlərə müraciət edərək, növbəti matçda fərqli bir komanda görəcəklərini vəd edib:

“Bazar günü keçiriləcək oyunda bu klubu layiqincə təmsil edəcək bir komanda seçəcəyəm”.

İdman.Biz