Arbeloa “Real Madrid”dəki gələcəyi ilə bağlı danışıb

16 Aprel 2026 06:39
278
Arbeloa “Real Madrid”dəki gələcəyi ilə bağlı danışıb

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa klubu Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, komanda 1/4 final mərhələsində “Bavariya”ya ümumi hesabla 4:6 məğlub olub.

“Əla oyuna görə “Bavariya”nı təbrik edirəm, amma fərqli şəkildə məğlub olmağımızı istərdik. Bütün zəhmət və səy hakimin qərarı ilə boşa çıxdı. Klubdakı gələcəyim? Bu, məni heç narahat etmir və mən istənilən qərarı tamamilə başa düşürəm; mən bu klubun adamıyam”, - deyə AS Arbeloanın sözlərini sitat gətirir.

Arbeloa 2026-cı ilin yanvarında “Real Madrid”ə gəlib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz