AFC Elita Çempionlar Liqasının 1/8 final mərhələsinin bir oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Qətərin “Əl-Sədd” komandaları arasında keçirilib. Əsas və əlavə vaxtdan sonra hesab 3:3 olub və Qətər komandası penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Oyun “Prince Abdullah Al-Feysal” stadionunda keçirilib.
Sergey Milinkoviç-Saviç 29-cu dəqiqədə Səudiyyə Ərəbistanı komandasını irəli çıxarıb. 36-cı dəqiqədə Klaudino bərabərlik qolunu vurub. Salem Əl-Dovsari 55-ci dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub, Rafael Muhika isə 58-ci dəqiqədə hesabı bərabərləşdirib. Markos Leonardo 67-ci dəqiqədə “Əl-Hilal” komandasını irəli çıxarsa da, Roberto Firmino 71-ci dəqiqədə hesabı bərabərləşdirib.
Dörddəbir final mərhələsindən başlayaraq turnirin oyunları Ciddə şəhərindəki “King Abdullah Sports City” və “Prince Abdullah Al-Feysal” stadionlarında keçiriləcək. Final isə 25 apreldə baş tutacaq.
