“Mançester Yunayted”in keçmiş oyunçusu Patris Evra Çempionlar Liqasının dörddəbir finalında “Barselona”nın “Atletiko Madrid”ə qarşı şanslarından danışıb.
İdman.Biz-in “Goal”a istinadən verdiyi məlumata görə, fransız futbolçu katalonların ilk oyunda 2:0 hesablı məğlubiyyətdən sonra özünə gələ biləcəyinə inanmır.
“Barselona" azarkeşləri reallığı qəbul etməlidirlər. Hər yerdə geri dönüş barədə söhbətlər görürəm, amma bu, 2015-ci ildəki komanda ilə eyni deyil. “Barselona” artıq yoxdur”, - deyə Evra bildirib.
O, katalonların turnirin həlledici mərhələlərində dəfələrlə uğursuz olduğunu qeyd edib.
“Onlar buna qadir deyillər. Çempionlar Liqası fərqli bir hekayədir. Artıq kral deyilsiniz”, - deyə o vurğulayıb.
“Atletiko Madrid” – “Barselona” matçı 14 apreldə keçiriləcək.
