“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko Madrid”lə cavab oyunundan əvvəl “Riyad Air Metropolitano” stadionundakı meydançanın vəziyyətindən şikayətlənib.
İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
“Barselona”nın baş məşqçisi “Atletiko Madrid”in ev stadionundakı ot örtüyünün hündürlüyündən narahatlığını bildirib. O, oyundan əvvəl “blauqrana”nın məşq toplantısında iştirak edən Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) nümayəndələrinə narazılığını bildirib.
“Atletiko Madrid” ilk oyunda 2:0 hesabı ilə qalib gəlib.
