İspaniyanın “Barselona” futbol komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Atletiko”ya qarşı keçirdiyi matçda hakimlərin verdiyi qərar böyük səs-küyə səbəb olub.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisinin üçüncü qol epizodunda top Klement Lanqlenin qaldırılmış əlinə dəydikdən sonra Ferran Torresin önünə düşüb və “Barsa”nın hücumçusu qapıya zərbəni dəqiq yerinə yetirib.
Qol ofsayd səbəbindən ləğv edilib. Amma VAR qoldan öncə topun ələ dəyməsi epizoduna məhəl qoymayıb və əllə oynama vəziyyətini yoxlamadan yalnız Torresin ofsaydda olub-olmamasına baxıb.
Qeyd edək ki, ilk qarşılaşmada da hakim qəraları ilə bağlı ciddi qayda pozuntuları qeydə alınmışdı və UEFA oyunun hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər kənarlaşdırmaq qərarına vermişdi.
Xatırladaq ki, "Barselona" ikinci oyunda "Atletiko Madrid"ə 2-1 hesabı ilə qalib gəlsə də, ümumi hesabda 2-3 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarda qalıb.
