İsveçin “Brommapoykarna” və AIK klublarının qarşılaşmasını izləmək üçün eyni anda 32 ölkədən olan skaut İsveçə gəlib.
İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu Zadok Yohanna hazırda böyük klubların hədəfindədir.
Oyunu izləyənlər arasında İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasının təmsilçiləri də yer alıb.
Gənc istedad cari mövsümdə çempionatda keçirdiyi iki oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı hazırda “Çelsi”, “Ayaks” və “Brügge” kimi klubların marağına səbəb olub.
