İspaniyanin “Barselona” futbol komandasının 18 yaşlı futbolçusu Lamin Yamal “Atletiko” ilə Çempionlar Liqasının 1/4 final qarşılaşmasının son oyunundakı performansı ilə yox, oyundan sonrakı davranışı ilə də ön plana çıxıb.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi turnirlə vidalaşdıqdan sonra Yamal bütün komanda yoldaşlarına, hətta məşqçilər heyətinin üzvlərinə qədər hər kəsə təsəlli verib.
Gənc futbolçunun bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və “əsl lider davranışı” kimi qiymətləndirilib.
