Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib.
İdman.Biz "RMC Sport"a istinadən xəbər verir ki, tərəflər 2026-cı il dünya çempionatı öncəsi ulduz hücumçu Neymarın milliyə mümkün dəvətini müzakirə ediblər.
“Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı Braziliya yığmasına çağırmalıdırmı. Mən isə cavab verdim: “Əgər hazırda komanda üçün oynamağa tam hazırdırsa, onu dəvət etmək olar”, - deyə prezident bildirib.
Qeyd edək ki, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin "Santos"un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çempionatına aparmaq planı yoxdur.
