Azərbaycanlı futbolçunun komandası çempion oldu

1 İyun 2026 11:15
122
Azərbaycanlı futbolçunun komandası çempion oldu

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

İdman.Biz xəbər verir ki, Əliyevin komandası sonuncu turda “Dinamo”nu (Tirana) 2:0 hesabı ilə məğlub edib.

Millimizin üzvü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

Onun komandası hər iki qolu ilk hissədə vurub. Qeyd edək ki, “Eqnatiya” ardıcıl üçüncü dəfə çempion olub.

İdman.Biz