“Əl-Nəsr” Avropaya qayıtmaq istəyən Feliksi komandada saxlamağa çalışır

8 Oktyabr 2026 06:02
96
“Əl-Nəsr” Avropaya qayıtmaq istəyən Feliksi komandada saxlamağa çalışır

“Əl-Nəsr” futbol klubu Avropaya qayıtmaq istəyən hücumçu Joao Feliksdən ayrılmaq niyyətində deyil.

İdman.Biz “Sport”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun yeni prezidenti 26 yaşlı portuqaliyalı futbolçunu komandada saxlamaqda israrlıdır və artıq onun müqaviləsinin uzadılması istiqamətində işlərə başlayıb.

Feliksin “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Klub rəhbərliyi sözləşmənin müddətini daha iki mövsüm uzatmaq istəyir.

Bununla belə, futbolçunun özü daha əvvəl etiraf edib ki, Səudiyyə Ərəbistanındakı uğurlu çıxışından sonra yenidən Avropanın aparıcı çempionatlarından birində özünü sınamaq istəyir.

Son vaxtlar Feliksin adı “Barselona”ya mümkün qayıdışı ilə hallanır. Həmçinin hücumçuya digər Avropa klublarının da maraq göstərdiyi bildirilir.

İdman.Biz