“Bavariya” Çempionlar Liqasınını qazanmağı hədəfləyib

8 Oktyabr 2026 05:19
96
“Bavariya” Çempionlar Liqasınını qazanmağı hədəfləyib

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın bu mövsüm əsas məqsədinin Çempionlar Liqasını qazanmaq olduğunu açıqlayıb.

İdman.biz "Sky Sport"a istinadən xəbər verir ki, belçikalı mütəxəssis Münhen klubunun bu hədəfdən geri çəkilmək niyyətində olmadığını bildirib.

“Mövsümün ən əvvəlində aydın şəkildə bildirdim ki, biz Çempionlar Liqasını qazanmaq istəyirik. Lakin bu barədə yalnız danışa biləcəyimiz mərhələ artıq başa çatdı - indi hərəkət etmək vaxtıdır. İlk növbədə ümumi mərhələni keçməliyik”, - deyə Kompani vurğulayıb.

O, “Bavariya”nın turnirdəki yolunun böyük ölçüdə ümumi mərhələdəki nəticələrdən asılı olacağını vurğulayıb.

“Bizim növbəti yolumuz daha asan və ya daha çətin ola bilər - çox şey bundan asılıdır. Yekunda bütün rəqiblərdən güclü olmaq lazımdır, bu isə asan deyil. Amma hədəf hədəfdir - o dəyişməz qalır”, - deyə məşqçi əlavə edib.

“Bavariya” bu mövsüm Çempionlar Liqasına “Budyo-Qlimt” üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Münhen təmsilçisi oktyabrın 13-də Norveçin “Viking” klubu ilə qarşılaşacaq.

Almaniya klubu ötən mövsüm Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib və bu mərhələdə PSJ-yə məğlub olub.

İdman.Biz