“Bornmut”un hücumçusu “Liverpul” və “Çelsi”nin hədəfindədir

13 Aprel 2026 18:47
112
“Bornmut”un hücumçusu “Liverpul” və “Çelsi”nin hədəfindədir

“Bornmut”un hücumçusu Eli Krupi Premyer Liqanın aparıcı klublarının marağına səbəb olub.

İdman.Biz-in “Caught Offside”a istinadən məlumatına görə, “Liverpul” və “Çelsi” 19 yaşlı futbolçu üçün mübarizə aparacaq.

“Albalılar”ın perspektivli fransız oyunçu üçün təxminən 60 milyon funt sterlinq (69 milyon avro) tələb edəcəyi gözlənilir. Transfermarkt Krupinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Hücumçu cari Premyer Liqa mövsümündə “Bornmut”da 27 oyunda 10 qol vurub. Son iki oyununda “Arsenal” və “Mançester Yunayted”ə qarşı qol vurub.

İdman.Biz