“Liverpul” Premyer Liqada doğma stadionu olan “Enfild”də 1500-cü qələbəsini qazanıb.
İdman.Biz bu barədə “qırmızılar”ın rəsmi saytının istinadən məlumat verir.
Mersisaydlılar bu göstəriciyə İngiltərə Premyer Liqasının 32-ci turunda Londonun “Fulhem” komandasına qarşı oyunda (2:0) çatıblar. Onların “Enfild”dəki ilk qələbəsi 3 sentyabr 1892-ci ildə “Hayer Uolton” üzərində olub - 8:0.
“Liverpul” hazırda İngiltərənin yüksək liqa turnir cədvəlində 52 xalla beşinci yerdədir. Onlar növbəti oyunlarını 19 apreldə səfərdə “Everton”la keçirəcəklər. Onların növbəti ev Premyer Liqa matçı 25 apreldə “Kristal Palas”a qarşı olacaq.
