Bundesliqa: “Bavariya” “Sankt-Pauli”ni darmadağın edib - YENİLƏNİB + VİDEO

11 Aprel 2026 22:49
1 119
Bundesliqa: “Bavariya” “Sankt-Pauli”ni darmadağın edib

“Sankt-Pauli” və “Bavaraiya” komandaları arasında keçirilən Bundesliqanın 29-cu tur matçı başa çatıb. “Bavariya” oyunu 5:0 hesabı ilə qazanıb. Matç Hamburqdakı “Millerntor” stadionunda baş tutub.

Hesabı doqquzuncu dəqiqədə Camal Musiala açaraq Münhen klubunu irəli çıxarıb. Leon Qoretska 53-cü dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. 54-cü dəqiqədə Maykl Olise üçüncü qolu vurub. 65-ci dəqiqədə Nikolas Cekson hesabı 4:0 edib. Rafael Gerreyro isə 88-ci dəqiqədə beşinci qolu vurub.

Bu oyundan sonra “Bavariya” 76 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir, “Sankt-Pauli” isə 25 xalla 16-cı yerdədir.

19:44

Almaniya Bundesliqasının 29-cu turunun “Borussiya Dortmund” və “Bayer Leverkuzen” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, “Bayer” oyunu 1:0 hesabı ilə qazanıb. Oyun “Dortmund” stadionunda baş tutub.

Yeganə qolu 42-ci dəqiqədə Robert Andrix vurub.

Bu oyundan sonra “Borussiya” Bundesliqanın turnir cədvəlində 64 xalla ikinci, “Bayer” isə 52 xalla beşinci yerdədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Volfsburq” – “Ayntraxt” – 1:2
“RB Leypsiq” – “Borussiya Mönhenqladbax” – 1:0
“Haydenhaym” – “Union” – 3:1

İdman.Biz