Meksika prezidenti FİFA-nın İranın DÇ-2026 oyunları ilə bağlı yekun qərarını açıqlayıb

11 Aprel 2026 08:13
366
Meksika prezidenti FİFA-nın İranın DÇ-2026 oyunları ilə bağlı yekun qərarını açıqlayıb

Meksika prezidenti Klaudia Şeynbaum Beynəlxalq Futbol Federasiyasının (FIFA) İran millisinin 2026-cı il dünya çempionatında oyunlarını harada keçirəcəyi ilə bağlı yekun qərar verdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, İran daha əvvəl təhlükəsizlik problemlərini əsas gətirərək oyunlarının ABŞ-da deyil, Meksikada keçirilməsini xahiş etmişdi.

“Nəticədə federasiya oyunların əvvəlki məkanlarından köçürülə bilməyəcəyinə qərar verdi. Belə bir addım FIFA-dan böyük logistik səy tələb edəcək”, - deyə Şeynbaum bildirib.

İranın dünya çempionatında G qrupunda Belçika, Yeni Zelandiya və Misirlə qarşılaşması planlaşdırılır.

2026-cı il dünya çempionatı bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz