Valverde La Liqada şəxsi rekord müəyyənləşdirib

11 Aprel 2026 02:07
366
Valverde La Liqada şəxsi rekord müəyyənləşdirib

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde İspaniya Primera Divizionunun 31-ci turunda “Jirona” ilə oyunda qol vurub.

İdman.Biz bildirir ki, matç 1:1 hesabı ilə bitib.

“Los Blancos”un yarımmüdafiəçisi ardıcıl dördüncü La Liqa oyununda qol vuraraq şəxsi rekordunu qırıb.
Valverde daha əvvəl “Selta” (2:1), “Elçe” (4:1) və “Atletiko”ya (3:2) qol vurmuşdu.

Bu mövsüm uruqvaylı yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda 43 oyuna çıxıb, səkkiz qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 120 milyon avrodur.

İdman.Biz