2026-cı il dünya çempionatının qalibi kim olacaq?
İdman.Biz bildirir ki, bu gün start götürəcək turnirdə 48 millinin hamısını olmasa da, bir xeylisini çempion olaraq görənlər var.
Bu məsələdə numerologiya və astrologiyaya müraciət edənlər də az deyil.
Əlbəttə, futbolu numerologiya və astrologiya müəyyən etmir. Amma maraqlıdır ki, hər dünya çempionatı öncəsi numeroloqlar və astroloqlar öz proqnozlarını açıqlayırlar.
Numerologiyada 2026-cı ilin rəqəmi 1 hesab olunur. Çünki 2+0+2+6 bərabərdir 10-a, 1+0 isə 1 edir.
Bu isə liderlik, yeni başlanğıclar və yeni dövr deməkdir.
Məhz buna görə bəzi numeroloqlar hesab edir ki, 2026-cı ildə ya uzun müddətdir dünya çempionu olmayan bir komanda, ya da yeni nəslin formalaşdırdığı kollektiv zirvəyə yüksələ bilər.
Ən çox adı çəkilən favoritlər arasında İspaniya, Fransa və Portuqaliya var.
Bəzi astroloqlar Argentinanın yenidən finala qədər irəliləyə biləcəyini düşünür, digərləri isə Braziliyanın uğurlu il keçirəcəyini iddia edir.
Amma bir məqam da var. 2022-ci il dünya çempionatından əvvəl bir çox astroloq Braziliya, İngiltərə və ya Fransanın qalib olacağını proqnozlaşdırırdı. Nəticədə isə kuboku Argentina qazandı.
Ona görə də belə proqnozlara ciddi iddia kimi deyil, maraqlı bir əyləncə kimi baxmaq lazımdır.
