2026-cı il dünya çempionatında azarkeşlər üçün yeni məhdudiyyət tətbiq olunub.
İdman.Biz xəbər verir ki, turnir zamanı xüsusi icazə olmadan müəyyən məzmunların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması qayda pozuntusu hesab ediləcək. Bildirilir ki, bu tələbləri pozan şəxslər cərimələnə, daha ağır hallarda isə ev sahibi ölkənin ərazisindən deportasiya oluna bilərlər.
Qaydaların məqsədi yayım hüquqlarının qorunması və turnirin kommersiya maraqlarının təmin edilməsidir. Azarkeşlərə dünya çempionatı zamanı qüvvədə olan media və təhlükəsizlik qaydaları ilə əvvəlcədən tanış olmaq tövsiyə edilir.
