Almaniya futbol millisi DÇ-2026-da azarkeşlərinə dəstək olacaq.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, yığmanın oyunçuları Ekvadorla qrup mərhələsinin matçına gedəcək bir qrup fanatın nəqliyyat xərclərini öz üzərinə götürəcək.
Buna səbəb azarkeşlərin stadionadək gediş-gəliş qiymətlərindən narazı qalmasıdır. Nyu-Yorkdan Nyu-Cersidəki arenaya səfər üçün 105 dollar (təxminən 178,5 manat) tələb olunması fanatlar arasında etiraz yaradıb.
Bundan sonra Almaniya millisinin kapitanı Yoşua Kimmix komanda yoldaşlarına azarkeşlər üçün pulsuz avtobusların təşkilini təklif edib. Futbolçuların təşəbbüsü ilə 600 fanat üçün xüsusi avtobuslar ayrılacaq.
Pulsuz yerlər Almaniya millisinin rəsmi fan-klub üzvləri arasında püşkatma yolu ilə müəyyənləşdiriləcək.
Qeyd edək ki, Ekvador - Almaniya matçı iyunun 25-də “MetLife Stadium”da keçiriləcək.
