Daha əvvəl 2026-cı il Dünya çempionatında işləməsinə icazə verilməyən somalili hakim Ömər Artan başqa bir oyuna təyin edilib.
İdman.Biz bildirir ki, Afrikanın aparıcı hakimlərindən biri avqustun 12-də “Pari Sen-Jermen” və “Aston Villa” arasında keçiriləcək UEFA Superkuboku finalını idarə edəcək.
Artanın daha əvvəl ABŞ-a girişinə icazə verilməmişdi. Onun turnirdən kənarlaşdırılması ciddi mübahisələrə səbəb olub, lakin Ağ Ev sözçüsü qərar üçün “ciddi əsasları” olduğunu bildirib. Mübahisənin fonunda FİFA prezidenti Canni İnfantino hətta azarkeşləri “sakitləşməyə və dincəlməyə” çağırıb.
“Ömər Artan Afrika Futbol Konfederasiyası (CAF) daxilində ən yüksək səviyyədə yarışlarda özünü sübut etmiş əla gənc, lakin artıq təcrübəli hakimdir. Futbol insanları bir araya gətirmək üçündür və UEFA Ömərə və onun bu nüfuzlu nominasiyanı qazandıran görkəmli hakimlik bacarıqlarına hörmətini göstərmək istəyir. Təşəbbüsümüzü həvəslə dəstəklədiyinə görə dostum, CAF prezidenti Patris Motsepə minnətdaram”, - deyə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytında verdiyi açıqlamada bildirib.
