Qvardiola Bernardo Silvaya niyə “çox əsəbiləşdiyini” izah edib

10 Aprel 2026 19:55
166
Qvardiola Bernardo Silvaya niyə “çox əsəbiləşdiyini” izah edib

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi və komanda kapitanı Bernardo Silvanın mövsümün sonunda ayrılmaq qərarına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də oynayır.

“Mən Bernardoya çox əsəbiləşmişəm, çünki bir ay əvvəl ona “Əgər [ayrılmaq] qərarına gəlsən, əvvəlcə mənə deməlisən” dedim, amma o, hələ də heç nə deməyib. Zarafatla “Mənə bildir, mənim buna haqqım çatır” dedim, amma o, heç nə deməyib, ona görə də nə baş verdiyini bilmirəm”, - deyə “Goal” Qvardiolanın sözlərini sitat gətirir.

Bu müddət ərzində yarımmüdafiəçi bütün yarışlarda 450 oyunda meydana çıxıb, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.

İdman.Biz