“Borussiya Dortmund” rəsmi saytında müdafiəçi Niko Şlotterbeklə müqaviləsinin uzadılmasını elan etdi.
İdman.Biz bildirir ki, 26 yaşlı Niko Şlotterbek 2022-ci ildən bəri “Borussiya”da oynayır.
“Borussiya Dortmund” Niko Şlotterbekin (26) müqaviləsini 2031-ci ilə qədər uzadıb. Almaniya millisinin üzvü yeni müqaviləni bu cümə günü imzalayıb”, - deyə klubun açıqlamasında bildirilir.
“Borussiya” ilə müqaviləmi uzatdığım üçün çox şadam. Bu qərarı qəsdən verdim, çünki bu, mənim üçün çox vacibdir. Proses boyunca konstruktiv müzakirələr apardıq, amma bu, cəmi bir-iki həftəyə həll edilə biləcək bir şey deyil. Klub rəhbərliyi mənə aydın və möhkəm bir plan təqdim etdi və bu klubun mənə nə təklif etdiyini dəqiq başa düşürəm. Məqsədim “Borussiya Dortmund”la titullar qazanmaqdır”, - Şlotterbek bildirib.
