“Mançester Yunayted” yay transfer pəncərəsi öncəsi mümkün dəstəkçi kimi “Ştutqart”ın yarımmüdafiəçisi Ancelo Ştilleri nəzərdən keçirir.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbəyə görə, alman klubu əvvəlcə 25 yaşlı futbolçunu 50 milyon funt sterlinqə (57,5 milyon avro) qiymətləndirmişdi, lakin qeyd olunur ki, daha ucuza razılaşma əldə edilə bilər. Ştiller 2025-ci ildə Almaniyanın 2026-cı il dünya çempionatı heyətində yer almaq üçün transferdən imtina etmişdi. Bu məqsədə nail olunarsa, yarımmüdafiəçi “Ştutqart”dan ayrıla bilər.
Ştiller bu mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb, bir qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
