“Real Sosyedad” azlıqda məğlubiyyətdən xilas olub

Xəbərlər
3 Yanvar 2024 00:32
107
“Real Sosyedad” azlıqda məğlubiyyətdən xilas olub

İspaniya La Liqasında 19-cu tura start verilib.

İdman.biz xəbər verir ki, “Xetafe” öz meydanında uduzub.

İki qırmızı vərəqə alan “Xetafe” Kamelyonun qollarına mane ola bilməyib. "Rayo Valekano" səfərdə 2:0 hesabı ilə vacib qələbə qazanıb.

“Real Sosyedad” da oyunu azlıqda bitirib. Birinci hissədə komandanın qapıçısı qırmızı vərəqə alaraq, meydan sahiblərini çətin vəziyyətdə qoyub. Qonaqlar böyük üstünlükdən oyunun sonuna yaxın istifadə edə biliblər. Amma “Alaves” qələbə hesabını qorumağı bacarmayıb. Sosyedadlılar 90+7-ci dəqiqədə məğlubiyyətdən xilas olublar. Nəticədə qonaq komanda 3 məğlubiyyətdən sonra 1 xala sevinib.

İspaniya La Liqası
19-cu tur

Xetafe – Rayo Valekano – 0:2
Real Sosyedad – Alaves – 1:1

İdman.biz