“Liverpul”un qapıçısı “Yuventus”un hədəfindədir

9 Aprel 2026 01:33
179
“Liverpul”un qapıçısı “Yuventus”un hədəfindədir

“Yuventus” yay transfer pəncərəsində heyətini gücləndirməyi düşünür və “Liverpul”un qapıçısı Alissonla maraqlanır.

İdman.Biz-in “Calcio Mercato”ya istinadən verdiyi məlumata görə, əvvəllər onu “Roma”da çalışdırmış baş məşqçi Luciano Spalletti braziliyalı qapıçının Turin klubuna qoşulmasında maraqlıdır.

Mənbənin məlumatına görə, “Liverpul” 33 yaşlı futbolçunu 15-20 milyon avro dəyərində qiymətləndirir, lakin “Yuventus” danışıqlar zamanı transfer haqqını azaltmağa çalışa bilər. Qeyd olunur ki, Alisson İngiltərədə mövsümdə təxminən 8 milyon avro qazanır və Turin klubu oxşar şərtlər təklif edə bilir.

Bu mövsüm Alisson 34 oyun keçirib və 36 qol buraxıb.

İdman.Biz