“Barselona” ilə oyundan əvvəl “Atletiko”nun avtobusu daşa basılıb

9 Aprel 2026 00:14
181
“Barselona” ilə oyundan əvvəl “Atletiko”nun avtobusu daşa basılıb

“Barselona” və “Atletiko Madrid” arasında Çempionlar Liqasının dörddəbir final matçından əvvəl xoşagəlməz hadisə baş verib.

İdman.Biz-in COPE-yə istinadən verdiyi məlumata görə, Madrid klubunun oyunçu avtobusu stadiona gəlməzdən əvvəl “Atletiko” azarkeşləri tərəfindən daşa basılıb.

Hazırda bu hadisənin “Atletiko” oyunçularına təsir edib-etmədiyi məlum deyil.

Oyun Çempionlar Liqasının dörddəbir final mərhələsində keçirilir. Daha əvvəl Madridin baş məşqçisi Dieqo Simeonenin oyunçularını Lamin Yamalı təhrik etməyə təşviq etdiyi, bunun da onun sarı vərəqə almasına və cavab oyununu buraxmasına səbəb olduğu barədə məlumatlar yayılmışdı.

İdman.Biz