“İnter” hücumçunu 50 milyon avroya satmağa hazırdır

8 Aprel 2026 23:39
153
“İnter” hücumçunu 50 milyon avroya satmağa hazırdır

“İnter”in hücumçusu Markus Türam cari mövsümün sonunda klubdan ayrıla bilər.

İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, Milan klubu bu yay fransız hücumçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır. “nerazzurri” rəhbərliyi oyunçu üçün ən azı 50 milyon avro almağı gözləyir.

Qeyd edək ki, uyğun təklif olmasa, Türam növbəti mövsüm üçün "İnter"də qalacaq.

Fransız futbolçu 2023-cü ildə “Borussiya” (Mönhenqladbax) klubundan pulsuz transferlə Milan klubuna qoşulub və onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

İdman.Biz