“Mançester Yunayted” “Ştutqart”ın yarımmüdafiəçisi Ancelo Stillerlə maraqlanır.
İdman.Biz-in jurnalist Ekrem Konura istinadən verdiyi məlumata görə, ingilis klubu digər komandaların da maraq göstərdiyi 25 yaşlı alman futbolçunu transfer etmək üçün yarışa qoşulub.
Mənbənin məlumatına görə, “Ştutqart” oyunçusu üçün təxminən 65 milyon avro almağı planlaşdırır. Stiller 2023-cü ildə “Hoffenhaym”dan 5 milyon avroya Almaniya klubuna keçib və onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 44 oyunda iştirak edib, bir qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
