UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
PSJ “Liverpul”u qəbul edib. Matç hesabı 2:0 ilə meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb.
Hesabı 11-ci dəqiqədə parislilərdən Dezire Due açıb. 65-ci dəqiqədə Xviça Kvaratsxeliya ikinci qolu İngiltərə klubunun qapısından keçirib.
Bu klublar arasında cavab matçı aprelin 14-də İngiltərədə olacaq.
Digər qarşılaşmada “Barselona” və “Atletiko Madrid” üz-üzə gəliblər. Matç 2:0 hesabı ilə Madrid klubunun qələbəsi ilə bitib.
44-cü dəqiqəqə kataloniyalılardan Pau Kubarsi qırmızı vərəqə alaraq meydançanı tərk edib. 45-ci dəqiqədə isə Xulian Alvares madridliləri irəli çıxarıb. 70-ci dəqiqədə Aleksandr Sörlot hesab arasındakı fərqi artırıb.
Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 14-də olacaq.
09:12
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, iki oyun baş tutacaq.
Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - “Liverpul” (İngiltərə)
23:00. “Barselona” (İspaniya) - “Atletiko” (İspaniya)
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bavariya” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.
