Doumen Çempionlar Liqasının 1/4 finalında meydana çıxan ən gənc oyunçu olub

8 Aprel 2026 08:16
332
Doumen Çempionlar Liqasının 1/4 finalında meydana çıxan ən gənc oyunçu olub

“Arsenal”ın 16 yaşlı futbolçusu Maks Doumen Çempionlar Liqasının dörddəbir finalının “Sportinq Lissabon”a qarşı ilk oyununda (1:0) ehtiyat oyunçu kimi meydana çıxıb.

İdman.Biz bildirir ki, o, turnirin tarixində dörddəbir final mərhələsində və ya daha sonra iştirak edən bütün oyunçular arasında ən gənc oyunçu (16 il 97 gün) olub.

Doumen 76-cı dəqiqədə Noni Maduekenin yerinə meydana daxil olub. Bu ilin mart ayında Maks Premyer Liqa tarixinə ən gənc qol vuran oyunçu kimi düşüb.

Bu mövsüm Doumen bütün turnirlərdə 14 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz