Eritreya millisinin yeddi futbolçusu itkin düşüb

6 Aprel 2026 14:37
142
Eritreya millisinin yeddi futbolçusu itkin düşüb

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Esvatiniyə 2:1 hesabı ilə uduzduqları matçdan sonra Eritreya millisində qalmaqallı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, Cənubi Afrika Respublikasında keçirilən oyundan sonra komandanın yeddi futbolçusu geri qayıtmayıb.

Bildirilir ki, həmin oyunçular yerli klublarda çıxış edirlər.

Qeyd olunur ki, Eritreya milli komandası 2019-cu ilin dekabrından bəri nə rəsmi, nə də yoldaşlıq görüşlərində iştirak etmir və bu səbəbdən FIFA reytinq siyahısından çıxarılıb.

İdman.Biz