“Barselona” “Əl-Əhli”nin hücumçusu Həmzə Əbdülkərimi transfer edib.
İdman.Biz-in məlumatına görə, bu barədə “Blaugrana”nın mətbuat xidməti məlumat yayıb.
Transfer qiyməti 1,5 milyon avro olub.
Fevral ayında 18 yaşlı misirli futbolçu mövsümün sonuna qədər “Barselona”nın gənclər komandasına icarəyə verilib.
Əbdülkərim Misirin DÇ-2026 üçün heyətinə daxil edilib.
