Ronaldo müğənniyə bahalı hədiyyə verib

Xəbərlər
2 Yanvar 2024 12:22
451
Ronaldo müğənniyə bahalı hədiyyə verib

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo anası Dolores Aveyroya dəbdəbəli ad günü keçirib.

İdman.biz xəbər verir ki, beşqat “Qızıl top”un sahibi mərasimə ifaçı kimi dəvət olunan braziliyalı müğənni Luan Santanaya bahalı hədiyyə verib.

Santana 75 min avro dəyərində olan “Rolex” saatını görüncə sevincini gizlədə bilməyib. O bildirib ki, ömründə ilk dəfə belə bahalı saatı olacaq: “Allah xatirinə, dostum, bunu etmə. Bilirsiniz ki, bu mənim üçün ilk bahalı saatdır. Belə bir insandan ilk “Rolex”im”.

Qeyd edək ki, Ronaldo 54 qolla ötən ilin bombardiri olub. Forvard hərəyə 52 dəfə fərqlənən Kilian Mbappe və Harri Keyni 2 qolla qabaqlayır.

İdman.biz