Portuqaliyanın “Sportinq” futbol komandasının hücumçusu Luis Suares 2026-cı ildə Avropanın ən məhsuldar futbolçuları sırasında yer alıb.
İdman.Biz xəbər verir ki, Kolumbiya millisinin üzvü Avropanın on aparıcı liqasında qol və məhsuldar ötürmələrin ümumi sayına görə dördüncü pillədə qərarlaşıb.
28 yaşlı futbolçu 2026-cı ildə keçirdiyi 34 oyunda 31 qol iştirakına imza atıb. O, bu göstəricidə İspaniyanın “Barselona” komandasının futbolçusu Rafinya ilə eyni nəticəyə malikdir. Braziliyalı isə 31 qol iştirakını 25 matçda qeydə alıb.
Siyahıya 42 qol iştirakına malik Harri Keyn başçılıq edir. Onun “Bavariya”dakı komanda yoldaşı Maykl Olise 41 göstərici ilə ikinci, “Barselona”nın futbolçusu Lamin Yamal isə 36 qol iştirakı ilə üçüncü yerdədir.
Luis Suares cari mövsümdə də məhsuldarlığı ilə seçilir. Hücumçu “Sportinq”in heyətində səkkiz oyunda yeddi qol vurub və bir məhsuldar ötürmə edib.
