İngiltərə Kubokunun 2025/2026 mövsümünün 1/4 final mərhələsində “Mançester Siti” ilə “Liverpul” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.
Maraqlı hadisələr isə təkcə yaşıl meydançada deyil, ondan kənarda da baş verib.
Belə ki, “Siti”nin oyunçusu Rayan Çerki meydanda yerini Fil Fodenə verəndən sonra tribunada əyləşərkən rəqib oyunçu Uqo Ekitike ilə forma dəyişməyə də vaxt tapıb.
“Şəhərlilər”in oyunçusu dərhal “qırmızılar”ın hücumçusunun formasını geyinmək qərarına gəlib.
Lakin görünür kimsə ona belə etməyin yaxşı fikir olmadığını deyib və Çerki dərhal fikrindən vaz keçib.
Bütün bunlar isə kameraya düşüb.
