Futbol üzrə Bosniya və Herseqovina milli komandasının Dünya Çempionatına vəsiqə qazanması ölkədə böyük sevincə səbəb olub.
İdman.Biz xəbər verir ki, qələbədən sonra azarkeşlər gecə boyu küçələrdə bayram edərək bu tarixi anı qeyd ediblər.
Qeyd edək ki, Bosniya və Herseqovina həlledici qarşılaşmada İtaliyanı məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.
