İsakın ÇL-nin 1/4 finalında oynaya bilib-bilməyəcəyi məlum olub

30 Mart 2026 23:57
73
İsakın ÇL-nin 1/4 finalında oynaya bilib-bilməyəcəyi məlum olub

“Liverpul”un isveçli hücumçusu Aleksander İsak ciddi zədədən demək olar ki, tam sağalıb.

İdman.Biz-in The Touchline-a istinadən məlumatına görə, 26 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının dörddəbir finalının PSJ ilə ilk oyununda oynamaq üçün bütün şansları var.

İsak 21 dekabr 2025-ci ildə baldır sümüyünün sınığından əziyyət çəkib və artıq məşqlərə qayıdıb. “Liverpul”un meneceri Arne Slot, çox güman ki, 8 apreldə “Park de Prens”də keçiriləcək matçda İsaka güvənə biləcək.

Hücumçu bu mövsüm “Liverpul”da 16 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib, sonra isə zədə səbəbindən üç aydan çox müddətə meydandan kənar qalıb. "Liverpul" İsakı 2025-ci ilin sentyabrında 145 milyon avroya alıb.

İdman.Biz