Poçettino “Tottenhem” və ya “Real Madrid”ə keçidi ilə bağlı şayiələrə münasibət bildirib

30 Mart 2026 21:53
63
Poçettino “Tottenhem” və ya “Real Madrid”ə keçidi ilə bağlı şayiələrə münasibət bildirib

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino “Tottenhem” və ya “Real Madrid”ə mümkün keçidi ilə bağlı şayiələrə cavab verib.

“Danışıqlar aparılmır. Biz qarşıdan gələn Dünya Kubokuna çox diqqət yetiririk. Hamı bilir ki, milli komandaya qarşı öhdəliklərim var. İndi gələcək haqqında danışmağın vaxtı deyil.

Mənə heç kim müraciət etməyib. Amma nə baş verə biləcəyini kim bilir. Yeri gəlmişkən, federasiya razıdırsa, niyə də ABŞ millisində qalmayaq?”, - İdman.Biz Poçettinonun dediklərini sitat gətirir.

Poçettino ABŞ milli komandasına 2024-cü ilin sentyabrında rəhbərlik etməyə başlayıb. 52 yaşlı mütəxəssisin müqaviləsi ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya qədər qüvvədədir.

İdman.Biz