“Atletiko Madrid” “Arsenal”ın oyunçuları Qabriel Jezus və Qabriel Martinelli ilə maraqlanır.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, “topçular” braziliyalı hücumçuların İspaniya klubuna transferinə mane olmayacaq. Hər iki oyunçunun müqaviləsi 2027-ci ilə qədərdir.
Bu mövsüm Qabriel Jesus klubun heyətində bütün yarışlarda 21 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. Qabriel Martinelli 42 matçda meydana çıxıb, hər birində 11 qol vurub və məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, oyunçuların bazar dəyəri müvafiq olaraq 20 milyon və 45 milyon avrodur.
