“Barselona”da Kanselonun transferinin yolunu fikirləşiblər

30 Mart 2026 18:23
93
“Barselona”da Kanselonun transferinin yolunu fikirləşiblər

“Barselona” “Əl-Hilal”dan icarəyə götürülmüş müdafiəçi Joao Kanselonu daimi müqavilə ilə transfer etməkdə maraqlıdır.

İdman.Biz bildirir ki, “blauqrana” Səudiyyə Ərəbistanı klubundakı yüksək maaşı səbəbindən oyunçunun müqaviləsini ala bilmir.

“Barselona”nın planı oyunçunun “Əl-Hilal”dan ayrılması üçün danışıqlar aparması və daha sonra Kataloniya klubuna pulsuz transferlə qoşulmasıdır. Portuqaliyalı oyunçunun müqaviləsinin bitməsinə bir il qaldığı üçün yeni icarə transferi mümkün deyil.

“Barselona” bu ilin yanvar ayında Kanselonun “Əl-Hilal”dan icarəyə götürüldüyünü açıqlayıb. Oyunçu “blauqrana”da bütün yarışlarda 12 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.

İdman.Biz