“Arsenal” ardıcıl ikinci oyunda uduzub

Xəbərlər
31 Dekabr 2023 20:06
177
“Arsenal” ardıcıl ikinci oyunda uduzub

İngiltərə Premyer Liqası 20-ci turun daha iki oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Arsenal” ardıcıl üçüncü görüşdə qələbə qazana bilməyib.

Səfərdə “Fulhem”in qonağı olan Mikael Artetanın yetirmələri 5-ci dəqiqədə hesabı açıblar. Amma “topçular” qələbə hesabını qoruya bilməyiblər. Meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

“Tottenhem” öz meydanında “Bornmut”dan güclü olub. Londonn klubu 3 xalı 3 qolla əldə edib.

İngiltərə Premyer Liqası
20-ci tur

Fulhem – Arsenal – 2:1
Tottenhem – Bornmut – 3:1

İdman.biz