FİFA “Barselona”nı mundialdan kənarda qoyacaq

Xəbərlər
31 Dekabr 2023 17:23
151
FİFA “Barselona”nı mundialdan kənarda qoyacaq

Beynəlxalq Futbol Federasiyası (FİFA) “Barselona”nı 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına dəvət etmək niyyətində deyil.

İdman.biz xəbər verir ki, buna qurumla klub arasında Superliqa ideyası ilə bağlı yaranmış gərginlik səbəb olub.

Məlum olduğu kimi, növbəti mundial yeni formatda keçiriləcək. Turnirdə 32 klub qələbə uğrunda yarışacaq. FİFA İspaniyadan iki kluba dəvət göndərməyi planlaşdırıb. “Real” 2021/22 mövsümündə Çempionlar Liqasının qalibi kimi dünya çempionatına qatılacaq. Digər ispan nəhəngi “Barselona”nın isə ali futbol qurumu ilə münasibətləri ürəkaçan deyil.

Qeyd edək ki, dünya çempionatının formatına görə, Avropadan 12 klub yarışa qatılacaq. Cənubi Amerika 6, Afrika, Asiya və KONKAKAF 4, Okeaniya isə 1 komanda ilə mundialda təmsil olunacaq.

İdman.biz

Məqalədə: