Klopp “Liverpul” və “Borussiya” əfsanələri arasında keçirilən yoldaşlıq oyununda iştirak edib

28 Mart 2026 23:38
88
Klopp “Liverpul” və “Borussiya” əfsanələri arasında keçirilən yoldaşlıq oyununda iştirak edib

“Liverpul” və “Borussiya Dortmund”un keçmiş baş məşqçisi Yürgen Klopp hər iki klubun əfsanələri arasında keçirilən yoldaşlıq oyununda iştirak edib.

İdman.Biz bildirir ki, “Borussiya”nın rəsmi saytında məlumat verilib.

Alman məşqçi mersisaydlıların baş məşqçisi vəzifəsini yerinə yetirib. Kloppdan əlavə, “qırmızılar”da Stiven Cerrard, Pepe Reyna, Yerji Dudek, Piter Krauç, Dirk Kuyt və Tiaqo Alkantara da oynayıb. Yan Koller, Lukaş Pişçek və Yakub Blaşçikovski “Borussiya Dortmund”da oynayıblar. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Yürgen Klopp iki dəfə Almaniya çempionluğunu, bir dəfə isə İngiltərə Premyer Liqasını qazanıb. O, həmçinin Çempionlar Liqasını qazanıb və üç dəfə finalda məğlub olub.

İdman.Biz